Bank Of Baku

Dünən Azərbaycanın müxtəlif bölgələrində baş verən yol qəzalarında 4 nəfər ölüb

Dünən Azərbaycanın müxtəlif bölgələrində baş verən yol qəzalarında 4 nəfər ölüb
# 23 iyun 2007 11:43 (UTC +04:00)
Sumqayıt, Quba, Şəmkir və Bakının Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-qəza hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Sumqayıt şəhəri ərazisində, şəhər sakini Şahin Məmmədovun idarə etdiyi “BMW” markalı və Qusar rayon sakini Dövlət İlyasovun idarə etdiyi “Moskvi甝 markalı avtomaşınlar toqquşub. Qəza zamanı ağır xəsarət alan D. İlyasov xəstəxanada vəfat edib. Qubanın Nügədi kəndinin ərazisində, rayon sakini Elmar Həsənovun idarə etdiyi “VAZ-2106” və Sumqayıt şəhər sakini Famil Şıxkərimovun idarə etdiyi “VAZ-2103”
markalı avtomaşınlar toqquşub. Nəticədə E. Həsənbəyovun sərnişini, Gədəbəy rayon sakini Əfqan Hüseynov hadisə yerində ölüb, iki sərnişin isə yaralanıb. Şəmkir rayonunun Qapanlı kəndində, kənd sakini Vüqar Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla həmkəndlisi, 2003-cü il təvəllüdlü Ruhin Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən R. Əliyev orada ölüb. Nərimanov rayonu, Atatürk prospektində Bakı şəhər sakini Knyaz Həsənovun idarə etdiyi “VAZ-2106” və Abşeron rayon sakini Həmidar Həşimovun idarə etdiyi “Peugeout” markalı avtomaşınlar toqquşub. Nəticədə Q. Həsənovun sərnişini, Bakı şəhər sakini Fuad Həsənov ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR