Bank Of Baku

Cəlilabadda iribuynuzlu mal-qara oğurluğu ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib

Cəlilabadda iribuynuzlu mal-qara oğurluğu ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib
# 25 iyun 2007 07:58 (UTC +04:00)
Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) və Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində uzun müddət iribuynuzlu mal-qara oğurluğu ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib. Bu barədə APA-nın cənub bürosuna Cəlilabad RPŞ-nin rəisi Rasim Musayev məlumat verib. Onun sözlərinə görə, 2004-cü ildən respublikanın Şəki, Biləsuvar, Cəlilabad, Masallı və digər rayonlarında soyğunçuluq edən dəstənin başçısı, Laçın rayon sakini, 1967-ci il təvəllüdlü, xüsusi təhlükəli residivist hesab olunan və dəfələrlə həbs cəzası çəkən Bilal Bəxşeyiş oğlu Abdullayev və onun qardaşı oğlu, Laçın rayon sakini, 1982-ci il təvəllüdlü Yaqub Hümmət oğlu Abdullayev həbs olunub. İlkin araşdırma zamanı məlum olub ki, iki yüz başdan çox mal-heyvan oğurlayaraq Bakının Maştağa və Bərdə bazarlarında satıb. Cinayətkar dəstənin digər üzvlərinin məsuliyyətə cəlb olunması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Cəlilabad RPŞ-də Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2 maddələri ilə cinayət işi açılıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR