Bank Of Baku

Sosinternin baş katibi Luis Ayolanın Azərbaycana səfəri iyulun 2-nə təxirə salınıb

Sosinternin baş katibi Luis Ayolanın Azərbaycana səfəri iyulun 2-nə təxirə salınıb
# 25 iyun 2007 08:08 (UTC +04:00)
Sosialist İnternasionalının baş katibi Luis Ayolanın Azərbaycana iyunun 25-nə nəzərdə tutulan səfərinin vaxtı iyulun 2-nə keçirilib. Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, L. Ayalanın iyunun 25-nə üçün nəzərdə tutulan səfəri müəyyən səbəblərdən təxirə salınıb. İyulun 2-nə keçirilən səfər proqramında isə heç bir dəyişiklik edilməyib. Səfər çərçivəsində L. Ayala ASDP rəhbərliyi və bir sıra digər görüşlər keçirəcəyi nəzərdə tutulub. Görüşlərdə əsas müzakirə mövzusu isə Azərbaycanda sol yönümlü siyasi qurumların vəziyyəti olacaq. Qeyd edək ki, bu dünyanın əksər ölkələrinin sol yönümlü partiyalarını özündə birləşdirən “Sosintern”in baş katibinin Azərbaycana ilk səfəridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR