Bank Of Baku

Qərb bölgəsində 6 ton 937 kiloqram çətənə kolu yandırılıb

Qərb bölgəsində 6 ton 937 kiloqram çətənə kolu yandırılıb
# 25 iyun 2007 10:15 (UTC +04:00)
Dünən Goranboy, Şəmkir və Xanlar rayonunda yabanı halda bitən çətənə kolları aşkar edilərək yandırılıb. Bu barədə APA-nın Qərb bürosuna Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəis əvəzi, polis polkovnik-leytenant Rafael İsmayılov məlumat verib. Onun sözlərinə görə, məhv edilən narkotik bitkilərin 3 ton 380 kiloqramı Xanlar, 3 ton 107 kiloqramı Şəmkir, 450 kiloqramı isə Goranboy rayonları ərazisində aşkar edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR