Bank Of Baku

Amnistiya ilə azadlığa çıxan avtoxuliqan yenidən maşınla adam vurub

Amnistiya ilə azadlığa çıxan avtoxuliqan yenidən maşınla adam vurub
# 25 iyun 2007 12:14 (UTC +04:00)
Ələt-Astara avtomobil yolunun 187-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, bu gecə saat 01:00 radələrində Liman şəhər sakini İntiqam Məmmədov idarə etdiyi “VAZ-21010” markalı 10 HR 732 dövlət nömrə nişanlı maşınla həmyerlisi, 22 yaşlı Aqil Abbasovu vurub. Zərərçəkən dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, A. Abbasovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, eyni hadisəni törətdiyinə görə azadlıqdan məhrum edilmiş İ. Məmmədov bu ayın 6-da barəsində amnistiya tətbiq edilməklə azadlığa çıxmışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR