Bank Of Baku

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 25 iyun 2007 12:21 (UTC +04:00)
Astara şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, şəhərin Mirzə Cəbiyev küçəsində “VAZ-2106” markalı avtomobil “Mercedes”lə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1988-ci il təvəllüdlü Vaqif Kərim oğlu Mirzəyev ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. “VAZ-2106”-nın sürücüsü Eldar Əliyevin səhhəti isə qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR