Bank Of Baku

Narkotik maddələrin satışı ilə məşğul olan dörd Bakı sakini həbs olunub

Narkotik maddələrin satışı ilə məşğul olan dörd Bakı sakini həbs olunub
# 25 iyun 2007 13:01 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik maddələrin istifadəsi və satışı ilə məşğul olan dörd Bakı sakinini həbs ediblər. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Keçirilən əməliyyatla Bakı şəhər sakini Emin Mehdiyevdən 0,69 qram tiryək götürülüb. Onun evinə baxış zamanı əlavə olaraq 1,25 qram tiryək, 0,42 qram tiryək məhlulu, 5 ədəd şpris aşkarlanıb. Bundan başqa, Emin Mehdiyevin özü və onun evində narkotik vasitə qəbul edən Bakı şəhər sakinləri Rasim Nağıyev, Elçin Orucov və Tural Əliyev tutulublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR