Bank Of Baku

Türyançay Dövlət Təbiət Qoruğunun yaxınlığında yanğın baş verib

Türyançay Dövlət Təbiət Qoruğunun yaxınlığında yanğın baş verib
# 26 iyun 2007 09:16 (UTC +04:00)
Dünən saat 15.00 radələrində Türyançay Dövlət Təbiət Qoruğunun 17-ci və 20-ci kvartallarının 150 metrliyində, Şəki rayonunun 1-ci və 2-ci taxılçılıq sahələri adlanan ərazisində yerləşən qış otlaq sahələrində naməlum səbəblərdən yanğın baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar nazirliyin bölgədə fəaliyyət göstərən bütün qurumlarına təcili hadisə yerinə getmək tapşırılıb. Fövqəladə Hallar Nazirliyinin Şəki və Oğuz rayonları üzrə yanğından mühafizə bölmələri də olay yerinə göndərilib. Birgə səylər nəticəsində saat 18.30 radələrində yanğının qarşısı alınıb və onun qoruq ərazisinə keçməsinə yol verilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR