Bank Of Baku

Bu ilin birinci yarısında Azərbaycanda baş verən 1284 yol-nəqliyyat hadisəsi nəticəsində 388 nəfər həlak olub

Bu ilin birinci yarısında Azərbaycanda baş verən 1284 yol-nəqliyyat hadisəsi nəticəsində 388 nəfər həlak olub
# 13 iyul 2007 08:57 (UTC +04:00)
Qəzaların 640-ı paytaxt Bakıda qeydə alınıb. Paytaxtda baş verən yol-nəqliyyat hadisələri nəticəsində 128 nəfər ölüb, 713 nəfər yaralanıb. Bu ilin 6 ayı ərzində ölkədə piyadaların vurulması ilə nəticələnən 580 hadisə olub, nəticədə 171 piyada həlak olub, 446 nəfər isə xəsarət alıb. Hadisələrdən 447-si nəqliyyat vasitələrinin toqquşması, 111-i nəqliyyat vasitələrinin aşması, 107 nəqliyyat vasitələrinin maneəyə çırpılması nəticəsində baş verib. Baş verən hadisələrdə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması nəticəsində 560, qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxma nəticəsində 314, yol ayrıcının keçmə qaydalarının pozulması nəticəsində isə 116 hadisə qeydə alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR