Bank Of Baku

Pirşağı yolunda ağır yol qəzası baş verib, 8 nəfər ölüb, 1 nəfər ağır yaralanıb

Pirşağı yolunda ağır yol qəzası baş verib, 8 nəfər ölüb, 1 nəfər ağır yaralanıb
# 14 iyul 2007 08:29 (UTC +04:00)
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Samur-Abşeron kanalının üstündə olan hissədə “02 BA 332” və “10 US 664” dövlət nömrə nişanlı “VAZ 2107" markalı avtomobillər toqquşub. Qəza nəticədə 7 nəfər hadisə yerində, 1 nəfər xəstəxanaya aparılarkən yolda keçinib, bir nəfər sərnişin isə ağır yaralanıb. Toqquşmanın zərbəsi nəticəsində meyitlərdən ikisi kanala düşüb. Ölənlərdən 5 nəfəri “02 BA 332”, 3 nəfəri isə "10 US 664” dövlət nömrə nişanlı maşınının sərnişinləri olub. 14 yaşlı Ağakərim Şəmizadə ağır xəsarətlərlə 3 saylı şəhər klinik xəstəxanasına aparılıb. Ölənlərin şəxsiyyəti tam müəyyən edilməyib. Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR