Bank Of Baku

Ağdaşda 2,5 ton çətənə kolu aşkarlanaraq məhv edilib

Ağdaşda 2,5 ton çətənə kolu aşkarlanaraq məhv edilib
# 24 iyul 2007 08:14 (UTC +04:00)
Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində narkotik tərkibli bitki kolları aşkarlayıb. RPŞ-dən APA-nın Aran bürosuna verilən məlumata görə, Yeniarx kəndi yaxınlığında uzunluğu 150 metr, eni isə 20 metrə yaxın sahədə 1800 ədəd kol qırılaraq məhv edilib. Yaş kütləsi 2,5 ton olan çətənə kolları narkotik mənşəli bitkidir və baxımsız qalanda kütləvi şəkildə artır. Aşkarlanan bitki kolları yabanı halda bitib. Bu kimi bitkilər artıq rayonun bir neçə yaşayış məntəqələrinin yaxınlığında aşkarlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR