Bank Of Baku

Antalyada turist avtobusu aşıb, yaralılar arasında azərbaycanlı da var

Antalyada turist avtobusu aşıb, yaralılar arasında azərbaycanlı da var
# 24 iyul 2007 15:58 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, turizm mərkəzi Kəmərdə istirahətlərini başa vuraraq ölkələrinə dönmək üçün Antalya hava limanına yollanan turistləri aparan mikroavtobus yoldan çıxaraq çevrilib. Nəticədə 12-si rusiyalı olan 13 turist yaralanıb. Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov APA-ya bildirib ki, yaralılardan biri Rəmziyyə adlı azərbaycanlı qadındır. Onun sözlərinə görə, azərbaycanlı qadın qolundan yüngül yaralanıb: “Xəstəxanada tibbi yardım göstərildikdən o, buraxılıb”. Rusiyalı yaralıların durumunun da qənaətbəxş olduğu bildirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR