Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib
# 26 iyul 2007 14:44 (UTC +04:00)
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, iyulun 26-da Lənkəran-Lerik yolunun 9-cu kilometrliyində Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Xalid Rəsulovun idarə etdiyi Lerik-Sumqayıt marşrutu üzrə işləyən “LAZ-054” markalı avtobusla 1972-ci il təvəllüdlü Lənkəran şəhər sakini Elsevər Həsənovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub. Nəticədə E. Həsənov hadisə yerində keçinib. Onun yanında olan 1986-cı həyat yoldaşı Gülnarə Vəliyeva ağır yaralanaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR