Bank Of Baku

Tərtər polisi yüzlərlə çətənə kolu aşkarlayaraq yandırıb

Tərtər polisi yüzlərlə çətənə kolu aşkarlayaraq yandırıb
# 27 iyul 2007 08:27 (UTC +04:00)
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları son bir neçə gün ərzində yüzlərlə narkotik xassəli çətənə kolu aşkarlayaraq yandırıb. Bu növ bitkilərin çay kənarlarında və başqa su hövzələrində çoxaldığı müşahidə olunur. Mütəxəssislər bu bitkilərin kütləvi bitməsini təhlükəli hesab edir. Kollar narkomaniyaya meylli adamlar tərəfindən götürülüb xüsusi qaydada becərilə bilər. Hesablamalara görə, aqrotexniki qaydada bəslənmiş hər bir narkotik bitki kolunun qara bazarda qiyməti 1000 ABŞ dollarına bərabərdir. Tərtər RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Mübariz Quliyev APA-nın Qarabağ bürosuna bildirib ki, həyətyanı sahələrdə də narkotik bitkilərin təbii yolla artdığı müşahidə olunur. Vətəndaşların əksəriyyəti isə bəzən belə faktlara biganə yanaşır. Rəis müavini onu da deyib ki, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyən valideynlər ilk növbədə öz uşaqlarının gələcəyini təhlükə altına atmış olduqlarını dərk etməlidirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR