Bank Of Baku

Azərbaycandakı “Neapol” istirahət mərkəzində baş vermiş faciə ilə əlaqədar saxlanılan var-YENİLƏNİB

Azərbaycandakı “Neapol” istirahət mərkəzində baş vermiş faciə ilə əlaqədar saxlanılan var-<font color=red>YENİLƏNİB</font>
# 15 avqust 2007 15:46 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Abşeron rayon prokurorunun köməkçisi Rauf Mövsümov bildirib ki, hadisə ilə bağlı iş icraçısı Alıyev Şamil Mahmud oğlu saxlanılıb. Prokuror köməkçisi bildirilib ki, saxlanılan şəxs ətrafına bir qrup fəhlə və tikinti işçilərini yığaraq, bu binanın tikintisi ilə məşğul olub.
Hazırda tikintidə fəahlə işləmiş 43 yaşlı Saray qəsəbə sakini Rauf Abdullayevin cəsədinin dağıntılar altından çıxarılması ilə bağlı tədbirlər davam etdirilir.
Qeyd edək ki, Rauf Abdullayevin meyitinin dağıntılar altından çıxarılması üçün əraziyə yeni qüvvələr gətirilib. Prokuror köməkçisi ikinci meyit dağıntılar altından çıxarılmayana qədər ekspertizanın nəticələrinin açıqlanmayacağını deyib.
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda yerləşən “Neapol” istirahət mərkəzinin ərazisində tikilməkdə olan ikimərtəbəli binanın uçması nəticəsində ölən Rafiq Məmmədovun meyiti dağıntılar altından çıxarılaraq, ekspertizaya aparılıb.
Hadisə yerində FHN-nin rəhbərliyi, Abşeron rayonun rəsmiləri, media, R. Abdullayevin ailə üzvləri və qohumları gözləyir.
Onu da qeyd edək ki, avqustun 14-də Bakı-Sumqayıt yolunda yerləşən “Neapol” istirahət mərkəzinin ərazisində tikilməkdə olan ikimərtəbəli bina uçub. Hadisə baş verən zaman tikinti meydançasında olan 17 nəfərdən 14-ü qaça bilib. Rasim Məmmədov adlı şəxs bədən xəsarətləri ilə xəstəxanaya çatdırlıb.
Abşeron rayon prokurorluğunda hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222-ci (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) və 162-ci (əmək mühafizəsi qaydalarını pozma) maddələri ilə Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Cinayət işi müstəntiq Xanlar Qafarovun icraatındadır./APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR