Bank Of Baku

Xaçmazda “Korrupsiyaya qarşı virtual vəkillik” layihəsi çərçivəsində tədbir keçirilib

Xaçmazda “Korrupsiyaya qarşı virtual vəkillik” layihəsi çərçivəsində tədbir keçirilib
# 16 avqust 2007 12:06 (UTC +04:00)
Bu gün Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzində “Korrupsiyaya qarşı virtual vəkillik” layihəsi çərçivəsində tədbir keçirilib. APA-nın şimal bürosunun məlumatına görə, tədbiri Korrupsiyaya Qarşı Mübarizə Fondu və ABŞ dövlətini təmsil edən Azərbaycanda İnternetin İnkişafı və Təlimi Proqramı təşkil edib. Yığıncağa rayon İcra Hakimiyyətinin, təhsil, səhiyyə, məhkəmə, bələdiyyə və digər orqanların nümayəndələri, siyasi partiya və QHT təmsilçiləri qatılıblar. Korrupsiyaya Qarşı Mübarizə Fondunun sədri Vasif Mövsümov prezidentin “Şəffaflığın artırılması və korrupsiya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” sərəncamını ətraflı şərh edib və Xaçmaz rayonunda korrupsiyanın səviyyəsi ilə bağlı keçirilən sorğunun nəticələrindən danışıb. Məlum olub ki, respondentlər səhiyyə, bələdiyyə, məhkəmə, təhsil, vergi, mənzil-istismar sahələri, dövlət yol polisi, reyestr xidməti, rayon polis şöbəsi və digər qurumların daha çox korrupsiyaya uğradığını qeyd ediblər. Çıxış edənlər prezident sərəncamını dəstəklədiklərini bildiriblər və cəmiyyətin korrupsiyaya qarşı ciddi mübarizə aparmasının vacibliyini vurğulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR