Bank Of Baku

Sabiq millət vəkili Hüseyn Abdullayevin Almaniyaya müalicəyə getməsinə qadağa qoyulub

Sabiq millət vəkili Hüseyn Abdullayevin Almaniyaya müalicəyə getməsinə qadağa qoyulub
# 16 avqust 2007 14:26 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Səbayel rayon Məhkəməsinin qərarı ilə iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edilən sabiq millət vəkili Hüseyn Abdullayevin vəkili Cavanşir Süleymanov bildirib. Vəkil onu da qeyd edib ki, məhkəmənin hökmündə Hüseyn Abdullayevə Azərbaycandan kənara çıxmaqla bağlı qadağa qoyulmayıb: “Məhkəmə Qərarlarının İcrası İdarəsinin Səbayel rayon şöbəsi isə özbaşınalıq edərək, Hüseyn Abdullayevi hökm üzrə gələcək şikayətlərdən imtinaya məcbur edir”. C. Süleymanov bu məsələ ilə bağlı məhkəməyə şikayət verdiklərini də söyləyib.
Qeyd edək ki, H. Abdullayev Səbayel Rayon Məhkəməsinin mayın 18-də çıxardığı hökmlə iki il müddətinə azadlıqdan məhrum edilib, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilərək barəsində 2 il sınaq müddəti müəyyən edilib. H. Abdullayev CM-nin 127.2.1-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa az ağır zərər vurma), 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) və 221.2.2 (xuliqanlıq) maddələri ilə ittiham olunub.
O, məhkəmə zalından şərti cəza ilə azadlığa buraxılandan sonra səhhətindəki problemlə əlaqədar Almaniyada bir dəfə müalicə kursu keçib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR