Bank Of Baku

Azərbaycanın Dəvəçi rayonunda itkin düşən qızın meyitinin axtarışı bu gün də nəticə verməyib-YENİLƏNİB

Azərbaycanın Dəvəçi rayonunda itkin düşən qızın meyitinin axtarışı bu gün də nəticə verməyib-<font color=red>YENİLƏNİB</font>
# 16 avqust 2007 15:19 (UTC +04:00)
Dəvəçi rayon Polis Şöbəsinin rəisi Nizami Sadıqovun APA-ya verdiyi məlumata görə, bu gün istintaq hərəkətləri davam etdirilib. Hadisə ilə bağlı şübhəli şəxs qismində saxlanılmış Təvəkkül İsmayılovun ailə üzvləri və yaxın qohumları, qonşuları prokurorluqda ifadə veriblər. Polis rəisi T. İsmayılovun iki qardaşının və anasının polis tərəfindən saxlanılması barədə xəbərlərin həqiqə uyğun olmadığını da söyləyib: “Onlar ifadə verdikdən sonra sərbəst buraxılıblar”.
Qeyd edək ki, ötən gecə T. İsmayılovun yaşadığı evdə axtarış aparılıb, onun qardaşı Elnur İsmayılov saxlanılıb. Dəvəçi rayon Polis Şöbəsinin rəisi Nizami Sadıqov APA-nın şimal bürosuna E. İsmayılovun saxlanıldığını təsdiqləsə də, onun dindirildikdən sonra sərbəst buraxıldığını da deyib. N. Sadıqov hadisə ilə bağlıl şübhəli şəxs qismində saxlanılmış Təvəkkül İsmalovun Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı istintaq təcridxanasına köçürüldünüyü də deyib.
Qızların atası Zamir Məcidov da R. Məcidovanın meyitinin axtarışının bu gün davam etdirildiyini,amma günün sonunda axtarışların nəticəsiz yekunlaşdığını bildirib.
Qeyd edək ki, Nailə və Reyhanə Məcidovaların qətli ilə bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məcidovaların qətli ilə bağlı başlanmış cinayət işi hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində müstəntiqi Zakir Saatovun icraatındadır. Hadisə ilə bağlı şübhəli şəxs qismində Dəvəçinin Qələgah kəndinin sakini Təvəkkül İsmayılov saxlanılıb. O, ilikin ifadəsində qızları qətlə yetirdiyini etiraf edib.
Hadisə ilə bağlı dünən Azərbaycanın baş prokurorunun birinci müavini Rüstəm Usubov və daxili işlər nazirinin müavini Oruc Zalov Dəvəçi rayonuna ezam olunublar.
Xatırladaq ki, qətlə yetirilən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. 7 yaşlı R. Məcidovunun meyitinin axtarışı isə Samur-Abşeron kanalında və Siyəzən gölündə aparılsa da, hələlik axtarışlar heç bir nəticə verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR