Bank Of Baku

Tərtərdə bir yaşayış evində 3 ədəd partlamamış mərmi tapılıb

Tərtərdə bir yaşayış evində 3 ədəd partlamamış mərmi tapılıb
# 16 avqust 2007 15:21 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Tərtərdə bir yaşayış evində tapılan 3 ədəd partlamamış mərmini zərərsizləşdiriblər. ANAMA-dan APA-ya verilən məlumata görə, Səməd Vurğun küçəsi ev 8-də yaşayan Əliyev Vüqar Rəşid oğlu həyətdə abadlıq işi apararkən üç ədəd partlamamış hərbi sursat görüb. O, bu barədə rayon Mülki Müdafiə Qərargahına məlumat verib. Həmin ünvana gələn mütəxəssislər mərmilərdən birinin avtomatik qumbaraatana, digər ikisinin “ZEKO” tipli silaha aid olduğunu müəyyənləşdiriblər. Partlayıcı qurğular ANAMA-nın təhlükəsiz partlayıcı anbarına aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR