Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib
# 17 avqust 2007 08:25 (UTC +04:00)
Avqustun 16-da axşam saat 21:00 radələrində Lənkəran şəhərinin Heydər Əliyev küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Elçin Məhəmmədəli oğlu Məcidov idarə etdiyi “Mercedes-130” markalı 10 RO 532 dövlət nömrə nişanlı avtomaşınla Lənkəran şəhər sakini, 1963-cü il təvəllüdlü Kamil Xəlil oğlu Səmədovu vurub. Nəticədə K. Səmədov kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda keçinib. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR