Bank Of Baku

Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru İsa Məmmədov maşın vurması nəticəsində dünyasını dəyişib

Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru İsa Məmmədov maşın vurması nəticəsində dünyasını dəyişib
# 17 avqust 2007 08:40 (UTC +04:00)
İnstitutdan APA-ya verilən məlumata görə, hadisə avqustun 9-da saat 11:00 radələrində onun rəhbərlik etdiyi müəssisənin həyətində baş verib. Həmin vaxt təhsil naziri Misir Mərdanovla görüşə getmək istəyən İ. Məmmədov öz xidməti maşını tərəfindən, sürücünün ehtiyatsızlığı ucbatından vurulub. Məlumata görə, hadisə baş verən kimi institut direktoru Kliniki Tibbi Mərkəzə çatdırılıb və iki gün reanimasiya şöbəsində müalicə olunub. Amma onun həyatını xilas etmək mümkün olmayıb. İ. Məmmədov avqustun 11-də dünyasını dəyişib. Bildirilir ki, mərhumun sürücüsü hadisəyə görə saxlansa da, elə hadisə baş verən günün axşamı zaminə götürülərək sərbəst buraxılıb. Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı cinayət işi qaldırılıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR