Bank Of Baku

Lənkəranda su kanalından qadın meyiti tapılıb

Lənkəranda su kanalından qadın meyiti tapılıb
# 17 avqust 2007 10:43 (UTC +04:00)
Avqustun 17-də saat 11:50 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən Girdəni su kanalından 25-30 yaşlı qadın meyiti tapılıb. Lənkəran Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, naməlum şəxs tərəfindən şöbəyə anonim zəng daxil olub və su üzərində meyit olması barədə xəbər verilib. Lənkəran RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə yollanıb və meyiti sahilə çıxarıb. Müayinə zamanı meyitin üzərində zorakılıq əlaməti aşkarlanmayıb və 5-6 gün öncə öldüyü müəyyənləşdirilib. Artıq çürümə prosesi başladığından, meyitin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR