Bank Of Baku

Azərbaycanın Dəvəçi rayon İcra Hakimiyyəti Reyhanə Məcidovanın meyitinin tapılması üçün səfərbərlik elan edib

Azərbaycanın Dəvəçi rayon İcra Hakimiyyəti Reyhanə Məcidovanın meyitinin tapılması üçün səfərbərlik elan edib
# 17 avqust 2007 10:57 (UTC +04:00)
Axtarışlar yenə də Samur-Abşeron kanalı boyunca və Siyəzən gölündə aparılır. Reyhanə Məcidovanın atası Zamir Məcidov APA-nın şimal bürosuna bildirib ki, Siyəzən gölündə şübhəli qaraltının görünməsi barədə onlara məlumat daxil olub. Hazırda həmin istiqamətdə axtarışlar intensivləşib. Bu məlumatı Dağ Bilici kənd bələdiyyəsinin sədri Adil Babayev də təsdiqləyib.
Dəvəçi rayon İcra Hakimiyyəti isə Reyhanə Məcidovanın meyitinin tapılması üçün rayon ərazisində səfərbərlik elan edib. Bu barədə APA-ya məlumat verən RİH başçısının müavini İsrafil Mikayılov bildirib ki, sözügedən qərar Məcidova bacılarının qətlinin ölkədə əks-səda doğurmasını nəzərə alaraq qəbul edilib. Bütün bələdiyyələrə və kənd icra nümayəndələrinə Reyhanə Məcidovanın meyitinin axtarışı prosesində iştirak etmək tapşırılıb.
Xatırladaq ki, avqustun 6-da qətlə yetirilən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. 7 yaşlı R. Məcidovanın meyitinin axtarışı isə Samur-Abşeron kanalında və Siyəzən gölündə aparılsa da, hələlik axtarışlar heç bir nəticə verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR