Bank Of Baku

Azərbaycan Qızıl Aypara Cəmiyyəti uzun illər bir-birini axtaran 3 ailənin üzvlərini qovuşdurub

Azərbaycan Qızıl Aypara Cəmiyyəti uzun illər bir-birini axtaran 3 ailənin üzvlərini qovuşdurub
# 17 avqust 2007 13:32 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Axtarış Xidmətinin daha 3 axtarışı müsbət nəticələnib. Axtarış Xidmətinin rəhbəri Afət Mirzəzadənin APA-ya verdiyi məlumata görə, uzun illər bir-birini axtaran 3 ailənin üzvləri Axtarış Xidmətinin köməyi ilə qovuşublar. Bu axtarışlardan biri 15 il öz övladını axtaran ana ilə bağlı olub. Oğlunu tapmaq üçün Rusiya telekanalında yayımlanan “Jdi menya” verilişinə müraciət edən ana övladını Azərbaycanda tapıb. Atasının Kubada olduğunu zənn edən daha bir oğlan isə axtarış zamanı onu Moskvada tapıb, ata da oğlu və üzünü görmədiyi qızı ilə əlaqə yaratmağa razılıq verib.
1992-ci ildə Monqolustana işləmək üçün gedən oğlunun tapılması üçün Axtarış Xidmətinə müraciət edən ana da öz oğluna qovuşub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR