Bank Of Baku

Nijeqorodsk vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin prezidenti barəsində cinayət işi başlanılıb

Nijeqorodsk vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin prezidenti barəsində cinayət işi başlanılıb
# 17 avqust 2007 14:18 (UTC +04:00)
Nijeqorodsk vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin və “Oyanış” Fondunun prezidenti Zaur İdrisov barəsində vilayət prokurorluğunda cinayət işi başlanılıb. APA-nın məlumatına görə, Nijni Novqorod prokurorluğundan bildirilib ki, Z. İdrisov saxta diplomdan istifadə etməkdə təqsirləndirilir. Prokurorluğun açıqlamasında deyilir ki, Z. İdrisov Nijeqorodsk Dövlət Texniki Universitetini bitirməsi haqda diplom əldə edib və həmin sənəddən Nijeqorodsk Dövlət Universitetinin hüquq fakültəsində ikinci təhsil almaq məqsədilə istifadə edib. Lazımi istintaq materialları hazır olduqdan sonra sənəd ləğv olunması üçün məhkəməyə göndəriləcək.
Məsələyə Z. İdrisovun münasibətini öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR