Bank Of Baku

3 yol qəzasında 4 nəfər həlak olub

3 yol qəzasında 4 nəfər həlak olub
# 17 avqust 2007 14:28 (UTC +04:00)
Avqustun 16-da saat 18:00 radələrində Lerik rayonunun Babagül kəndində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Çayrud kənd sakini Ramiz Ağayev idarə etdiyi “QAZ-24” markalı avtomaşını aşırıb. Nəticədə sərnişinlər - Lerik qəsəbə sakinləri İmran Mövlamov və onun bacısı Esmira hadisə yerində ölüb, xəsarət almış R. Ağayev və digər sərnişini Şirin Cabbarova xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Lerik RPŞ tərəfindən araşdırma aparılır.
Saat 20:30 radələrində Lənkəran rayonundakı Heydər Əliyev küçəsində şəhər sakini Elçin Məcidov idarə etdiyi “Mercedes” markalı avtomaşınla Kamil Səmədovu vurub. Nəticədə K. Səmədov hadisə yerində ölüb. Faktla bağlı Lənkəran RPŞ tərəfindən araşdırma aparılır.
Saat 22:30 radələrində Sabunçu dairəsinin yaxınlığında Lənkəran rayon sakini Qubad İsmayılov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla Biləsuvar rayon sakini Kamal Nəcəfovu vurub. Nəticədə K. Nəcəfov hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR