Bank Of Baku

Şəmkirdə baş verən yol qəzası nəticəsində 7 nəfər yaralanıb

Şəmkirdə baş verən yol qəzası nəticəsində 7 nəfər yaralanıb
# 17 avqust 2007 15:13 (UTC +04:00)
Bu gün Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun məlumatına görə, Şəmkirdən Gəncə istiqamətində hərəkət edən “P-774-RUS” nömrə nişanlı “BMW” markalı avtomobil yoldan çıxaraq aşıb. Şahidlər qəzaya “VAZ-21012” markalı maşının ötmə qaydalarına riayət etməyərək “BMW” markalı avtomobilin qarşısına çıxdığını bildiriblər. Toqquşmaya yol verməmək üçün “BMW” maşınının sürücüsü avtomobili kənara çəkməli olub və nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində “BMW”də olan 7 nəfər, o cümlədən bir azyaşlı uşaq müxtəlif dərəcədə xəsarət alıb. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib, maşının sürücüsü və azyaşlı uşaq Şəmkir rayon xəstəxanasına aparılıb. Qəzadan sonra aşmış maşında yanğın baş verib, partlayış ehtimalı nəzərə alınaraq şahidlər hadisə yerindən uzaqlaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR