Bank Of Baku

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
# 17 avqust 2007 15:45 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinin nəzərinə çatdırır ki, “qurd qapısı” yolundan Mikayıl Müşfiq küçəsi ilə Qaradağ-Lökbatan istiqamətinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yeni binası və ya Naftalan Sağlamlıq Mərkəzinin binası tərəfdən olan yol bağlıdır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakı dairəvi yolunun tikintisi ilə əlaqədar iyulun 2-dən yol bağlandığı üçün həmin ərazilərə müvafiq yol nişanları qoyulub: “Odur ki, sürücülərdən qeyd edilənləri nəzərə alaraq bu və ya başqa istiqamətlər üzrə digər yollardan istifadə etmələri xahiş olunur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR