Bank Of Baku

Azərbaycanın Dəvəçi rayon İcra Hakimiyyəti Reyhanə Məcidovanın meyitinin tapılması üçün səfərbərlik elan edib - YENİLƏNİB

Azərbaycanın Dəvəçi rayon İcra Hakimiyyəti Reyhanə Məcidovanın meyitinin tapılması üçün səfərbərlik elan edib - <font color=red>YENİLƏNİB</font>
# 17 avqust 2007 16:17 (UTC +04:00)
Axtarışlar yenə də Samur-Abşeron kanalı boyunca və Siyəzən gölündə aparılır. Reyhanə Məcidovanın atası Zamir Məcidov APA-nın şimal bürosuna bildirib ki, Siyəzən gölündə şübhəli qaraltının görünməsi barədə onlara məlumat daxil olub. Hazırda həmin istiqamətdə axtarışlar intensivləşib. Bu məlumatı Dağ Bilici kənd bələdiyyəsinin sədri Adil Babayev də təsdiqləyib.
Dəvəçi rayon İcra Hakimiyyəti isə Reyhanə Məcidovanın meyitinin tapılması üçün rayon ərazisində səfərbərlik elan edib. Bu barədə APA-ya məlumat verən RİH başçısının müavini İsrafil Mikayılov bildirib ki, sözügedən qərar Məcidova bacılarının qətlinin ölkədə əks-səda doğurmasını nəzərə alaraq qəbul edilib. Bütün bələdiyyələrə və kənd icra nümayəndələrinə Reyhanə Məcidovanın meyitinin axtarışı prosesində iştirak etmək tapşırılıb.
Məcidova bacılarının qatili Təvəkkül İsmayılovun yaşadığı Qələgah kənd bələdiyyəsinin sədri Hikmət Vahabov axşam saatlarında APA-nın şimal bürosuna açıqlamasında axtarışların hələlik səmərə vermədiyini bildirib. Onun sözlərinə görə, Dəvəçi RİH-in elan etdiyi səfərbərliyə uyğun olaraq bu gün Qələgah kəndinin və ətraf kəndlərin 100-dən artıq sakini Reyhanə Məcidovanın meyitinin axtarışı prosesinə cəlb olunub. Axtarışlar əsasən quru ərazilərdə, dərələrdə və kolluqlarda aparılıb.
Xatırladaq ki, avqustun 6-da qətlə yetirilən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. 7 yaşlı R. Məcidovanın meyitinin axtarışı isə Samur-Abşeron kanalında və Siyəzən gölündə aparılsa da, hələlik axtarışlar heç bir nəticə verməyib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR