Bank Of Baku

Lənkəranda su kanalından meyiti tapılan naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib

Lənkəranda su kanalından meyiti tapılan naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib
# 17 avqust 2007 16:36 (UTC +04:00)
Bu gün saat 11:50 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən Girdəni su kanalından meyiti tapılan naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib. Lənkəran Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, bu, Astara rayonunun Böyük Şahağacı kənd sakini, 1983-cü il təvəllüdlü Sevər Fazil qızı Həsənovadır. Qeyd edək ki, bu gün naməlum şəxs tərəfindən Lənkəran RPŞ-yə anonim zəng daxil olub və su üzərində meyit olması barədə xəbər verilib. Polis əməkdaşları dərhal hadisə yerinə yollanıb və meyiti sahilə çıxarıb. Müayinə zamanı meyitin üzərində zorakılıq əlaməti aşkarlanmayıb və 5-6 gün öncə öldüyü müəyyənləşdirilib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR