Bank Of Baku

Sabirabad sakinindən 1 kq marixuana və 22 ədəd çətənə kolu müsadirə edilib

Sabirabad sakinindən 1 kq marixuana və 22 ədəd çətənə kolu müsadirə edilib
# 18 avqust 2007 08:00 (UTC +04:00)
Sabirabad sakinindən 1 kq marixuana və 22 ədəd çətənə kolu müsadirə edilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, avqustun 17-də keçirilən əməliyyat tədbirləri nəticəsində Sabirabad rayonunun Suqovuşan kənd sakini 1947-ci il təvəllüdlü Əzizağa Səxavət oğlu Mirzəyevin həyətindən 22 ədəd ümumi çəkisi 14 kq olan çətənə kolu aşkarlanıb. Saxlanılan şəxsdən dindirilmə zamanı 1 kq 5q qurudulmuş marixuananın da yeri müəyyənləşdirilərək götürülüb. Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb. Əzizağa Mirzəyev şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR