Bank Of Baku

Dəvəçi rayonun Dağlı Bilici kəndinin 7 yaşlı sakini Reyhanə Məcidovanın meyitinin axtarışları nəticə vermir

Dəvəçi rayonun Dağlı Bilici kəndinin 7 yaşlı sakini Reyhanə Məcidovanın meyitinin axtarışları nəticə vermir
# 20 avqust 2007 08:57 (UTC +04:00)
Dəvəçi rayonun polis rəisi Nizami Sadıqov APA-ya bildirib ki, hazırda axtarış tədbirləri Samur-Abşeron kanalında və ərazidə yerləşən su təmizləyici göldə aparılır. N. Sadıqovun sözlərinə görə, axtarış Dəvəçi və Siyəzən polis şöbələrinin əməkdaşları tərəfindən aparılır.
APA-nın şimal bürosunun məlumatına görə Dağ Bilici kənd sakinlərin Nailə və Reyhanə Məcidovaları qətlə yetirməkdə təqsirləndirilən Təvəkkül İsmayılovanın anası Rəfiqə İsmayılova isə hadisədən sonra ailələrinin dağıldığını söyləyib. O, hadisədən sonra həyat yoldaşı Bayram İsmayılovun evi tərk etdiyini, ona da evi yandıraraq kəndi tərk etməyi söylədiyini deyib: “Oğlumun törətdiyi cinayətdən sonra həyat yoldaşım evini, kəndini tərk elədi. Hami evdən gedib, bir tək mən qalmışam, camaatın üzünə çıxa bilmirəm. Oğlumu heç vaxt bağışlamıram. Mən ondan imtina eləmişəm. Ona ən ağır cəza verilməlidir”.
R. İsmayılova Təvəkkülün iki oğlu olduğunu, oğlunun fərarilik etdiyinə görə, on il həbs cəzası aldığını, yeddi il həbsxanada cəza çəkdiyini söyləyib. Onun sözlərinə görə, T. İsmayılov həbsdən çıxandan sonra Qubada günəmuzd işləyib, alverlə məşğul olub. Son altı-yeddi ayda isə əslən Qələgahlı, Bakı şəhərində qeydiyyatda olan Ənvər adlı şəxsin kənddəki fermer təsərrüfatında mal-qaraya baxıb. Hadisədən təxminən iyirmi-iyirmi beş gün əvvəl evdən çıxıb. R. İsmayılovanın dediyinə görə, Təvəkkülün hara getdiyindən xəbəri olmayıb, yalnız hadisə baş verəndən sonra oğlunun əməllərindən xəbər tutub. R. İsmayılova deyib ki, oğlu ruhi xəstə deyil, Təvəkküllə Məcidovlar arasında heç bir ədavətin olmayıb, əksinə onun kiçik oğlu ilə dostluq edib.
R. İsmayılova hazırda oğlanları Elnur və Elçin İsmayılovaların Dəvəçi rayon polis şöbəsində saxlanıldıqlarını da vurğulayıb.
Dəvəçi rayon polis şöbəsinin rəisi Nizami Sadıqov isə APA-ya bildirib ki, Təvəkkül İsmayılovun qardaşı Elnur İsmayılov hazırda polisdə saxlanmır. Rəisin sözlərinə görə, E. İsmayılov müstəntiq tərəfindən dindiriləndən sonra sərbəst buraxılıb.
Xatırladaq ki, qətlə yetirilən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR