Bank Of Baku

Bakı-Sumqayıt yolunda yeni tikilən binanın uçması ilə bağlı daha bir nəfər saxlanılıb

Bakı-Sumqayıt yolunda yeni tikilən binanın uçması ilə bağlı daha bir nəfər saxlanılıb
# 20 avqust 2007 16:24 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda yerləşən “Neapol” istirahət mərkəzinin yanında tikilməkdə olan ikimərtəbəli binanın uçması ilə bağlı daha bir nəfər saxlanılıb. Abşeron rayon prokurorluğundan APA-ya verdiyi məlumata görə, saxlanılan şəxsin adı və bununla bağlı digər məsələlər istintaq sirri olduğundan açıqlanması məqsədəuyğun hesab olunmur. Baş Prokurorluğun mətbuat xidmətindən isə APA-ya bildirilib ki, hadisə ilə bağlı sabah rəsmi açıqlama yayılacaq.
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda yerləşən “Neapol” istirahət mərkəzinin yanında tikilməkdə olan ikimərtəbəli binanın uçması nəticəsində iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi 222 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) və 162-ci (əmək mühafizəsi qaydalarını pozma) maddələri ilə Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb və avqustun 15-də isə iş icraçısı Alıyev Şahin Mahmud oğlu saxlanılıb. Cinayət işi müstəntiq Xanlar Qafarovun icraatındadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR