Bank Of Baku

Astara sakininin həyətindən çətənə aşkarlanıb

Astara sakininin həyətindən çətənə aşkarlanıb
# 21 avqust 2007 07:39 (UTC +04:00)
Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik tərkibli bitkinin becərilməsi ilə məşğul olan rayon sakinini saxlayıb. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Şiyəkəran kənd sakini, 1974-cü il təvəllüdlü Cəmil Möhübbət oğlu Məmmədovun həyətyanı sahəsinə baxış keçirilərkən ümumi çəkisi 175 qram olan narkotik tərkibli 4 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. İlkin dindirmə zamanı C. Məmmədov bu bitkiləri iki ay öncə əkdiyini, yetişdikdən sonra isə özünün istifadə etmək fikrində olduğunu bildirib. Faktla bağlı Astara RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR