Bank Of Baku

Azərbaycandakı 1 saylı Cəzaçəkmə Müəssisəsində son on gündə ikinci ölüm hadisəsi baş verib

Azərbaycandakı 1 saylı Cəzaçəkmə Müəssisəsində son on gündə ikinci ölüm hadisəsi baş verib
# 21 avqust 2007 09:34 (UTC +04:00)
Buna səbəb onun pilləkənlərdən yıxılması nəticəsində kəllə-beyin travması alması olub. Göyçay rayonundan olan A. Səmədov adamöldürmə cinayətinə görə, 15 il həbs cəzasına məhkum olunub və bir neçə gün əvvəl həbsxanaya gətirilib: “O, müəssisəyə gətiriləndə xəstə olub. Həbsxananın tibbi hissəsində müalicə olunan A.Səmədov pilləkənləri qalxarkən yıxılıb. Məhbus Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə aparılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb”.
Xatırladaq ki, bir neçə gün əvvəl həmin həbsxanada saxlanılan iki məhbus - Tağıyev Habil Məzahir oğlu və Hənifəyev Qalib Əli oğlu arasında baş verən insident nəticəsində Q. Hənifəyevin qarın nahiyəsinə vurulan zərbələrdən dünyasını dəyişib. Fakt üzrə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərərvurma (bu əməllər ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda)) maddəsi üzrə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR