Bank Of Baku

Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşmüş sakininin meyiti hələ tapılmayıb

Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşmüş sakininin meyiti hələ tapılmayıb
# 21 avqust 2007 11:27 (UTC +04:00)
Bu il avqustun 6-da Azərbaycanın Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşmüş sakini 7 yaşlı Reyhanə Məcidovanın meyiti hələ tapılmayıb. Dəvəçi rayonun polis rəisi Nizami Sadıqov APA-ya bildirib ki, hazırda axtarış tədbirləri davam etdirilir. APA-nın şimal bürosunun məlumatına görə, Siyəzən rayon polis şöbəsi də 7 yaşlı Reyhanə Məcidovanın axtarışı ilə əlaqədar ciddi rejimdə fəaliyyət göstərir. Siyəzən rayon polis şöbəsinin rəis müavini Xanlar Vahabzadə APA-nın müxbirinə bildirib ki, şöbə əməkdaşları ciddi rejim və gündəlik plan əsasında fəaliyyət göstərir, Samur-Abşeron kanalı boyu və sudurulducu gölməçədə müşahidə və axtarışlar aparırlar. X. Vahabzadənin sözlərinə görə, Siyəzən polisi R. Məcidovanın cəsədi tapılanadək axtarışları gündəlik olaraq davam etdirəcək.
Xatırladaq ki, qətlə yetirilən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR