Bank Of Baku

Mobil telefon mağazasından hədə-qorxu yolu ilə pul tələb edən şəxs yaxalanıb

Mobil telefon mağazasından hədə-qorxu yolu ilə pul tələb edən şəxs yaxalanıb
# 21 avqust 2007 11:52 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları hədə-qorxu yolu ilə pul tələb edən şəxsi saxlayıb. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Qaraçuxur qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vahid Məmmədov Q. Qarayev küçəsi-47-də yerləşən “NLT” mobil telefonların satışı mağazasının meneceri, Bakı şəhər sakini Həmid Əmirovdan təhdid yolu ilə 1000 dollar pulunu alarkən yaxalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR