Bank Of Baku

Azərbaycanda “Neapol” istirahət mərkəzinin sahibi həbs olunub

Azərbaycanda “Neapol” istirahət mərkəzinin sahibi həbs olunub
# 21 avqust 2007 15:32 (UTC +04:00)
Ş. Əhmədovun saxlanmasının səbəbi bu il avqustun 14-də “Neapol” istirahət mərkəzinin yaxınlığında tikintisi aparılan binanın uçması nəticəsində iki nəfərin dünyasını dəyişməsi, bir nəfərin isə xəsarət almasıdır. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin iki maddəsi 222 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) və 162-ci (əmək mühafizəsi qaydalarını pozma) maddələri ilə Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, avqustun 15-də iş icraçısı Alıyev Şahin Mahmud oğlu saxlanılıb. Cinayət işi müstəntiq Xanlar Qafarovun icraatındadır.
Xatırladaq ki, APA dünən hadisə ilə bağlı daha bir nəfərin saxlanması barədə xəbər yayıb.
Onu da vurğulayaq ki, hadisədən sonra “Neapol” İstirahət Mərkəzinin baş meneceri Anar Nəzərov mətbuat konfransı keçirərək, “Şən” MMC-yə məxsus olan “Neapol” istirahət mərkəzinin ərazisində heç bir tikinti aparılmadığını, tikintini tamamilə başqa şirkətin apardığını, qəza baş verən ərazinin onların şirkətinə aidiyyatı olmadığını deyib.
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda yerləşən “Neapol” istirahət mərkəzinin yanında tikilməkdə olan ikimərtəbəli binanın uçması nəticəsində iki nəfər 1962-ci ildə doğulan, Zəngilan rayon sakini Rafiq Məmmədov və 1964-cü il təvəllüdlü, Saray qəsəbə sakini Rauf Abdullayev həlak olub. Rasim Məmmədov adlı şəxs isə xəsarət alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR