Bank Of Baku

Qusar rayonu ərazisində baş verən yol qəzasında 5 Rusiya vətəndaşı yaralanıb

Qusar rayonu ərazisində baş verən yol qəzasında 5 Rusiya vətəndaşı yaralanıb
# 21 avqust 2007 15:35 (UTC +04:00)
Dünən gecə saat 01.00 radələrində Bakı-Dağıstan yolunun 179-cu kilometrliyində, Qusar rayonunun Atluxanovka kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Qusar rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Samir Quliyevin idarə etdiyi 85CA 495 dövlət nömrə nişanlı "Mersedes" markalı mikroavtobus qəflətən yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində 5 nəfər Rusiya vətəndaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Nisbətən ağır xəsarət alan Nigar Yahyayeva və Məhəmmədəmin Arslanxanov Qusar Mərkəzi Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıblar. İlkin versiyaya görə, qəza sürücünün yuxulu olması səbəbindən baş verib. Qusar rayon Polis Şöbəsində faktla bağlı təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR