Bank Of Baku

1 saylı Cəzaçəkmə Müəssisəsində məhbus ölümü ilə bağlı Nizami rayon prokurorluğu araşdırma aparır

1 saylı Cəzaçəkmə Müəssisəsində məhbus ölümü ilə bağlı Nizami rayon prokurorluğu araşdırma aparır
# 22 avqust 2007 08:30 (UTC +04:00)
Avqustun 20-də 1 saylı Cəzaçəkmə Müəssisəsində pilləkənlərdən yıxılaraq aldığı kəllə-beyin travması nəticəsində dünyasını dəyişən məhbus Adəm Səmədovun ölüm faktı ilə bağlı Nizami rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Bu barədə APA-ya prokurorluqdan bildirilib. Məlumata görə, fakt prokurorluğun müstəntiqi Zəfər Əhmədov tərəfindən araşdırılır.
Qeyd edək ki, həbsxanada cəza çəkən məhbus, 1949-cu il təvəllüdlü, Göyçay rayon sakini, 15 il həbs cəzasına məhkum edilən Adəm Səmədovun pilləkənlərdən yıxılaraq aldığı kəllə-beyin travması nəticəsində dünyasını dəyişdiyi bildirilir. Aldığı zədə ilə bağlı məhbus Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə aparılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR