Bank Of Baku

Dəvəçi rayonunun itkin düşmüş sakininin meyitinin axtarışı davam etdirilir

Dəvəçi rayonunun itkin düşmüş sakininin meyitinin axtarışı davam etdirilir
# 22 avqust 2007 09:00 (UTC +04:00)
Bu il avqustun 6-da Azərbaycanın Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşmüş sakini 7 yaşlı Reyhanə Məcidovanın meyiti hələ ki tapılmayıb. Dəvəçi rayonunun polis rəisi Nizami Sadıqov APA-ya bildirib ki, axtarış tədbirləri bu gün də davam etdiriləcək. N. Sadıqovun sözlərinə görə, hazırda Siyəzəndə yerləşən su təmizləyici göldə və Dəvəçiyə qədər olan ərazilərdə axtarış tədbirləri aparılır. Polis rəisi deyib ki, dünən ərazidə yerləşən digər kiçik göllər də axtarılıb.
Xatırladaq ki, qətlə yetirilən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR