Bank Of Baku

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ucqar dağ kəndlərində bəzi əraziləri sel basıb

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ucqar dağ kəndlərində bəzi əraziləri sel basıb
# 22 avqust 2007 09:34 (UTC +04:00)
APA-nın Naxçıvan bürosunun məlumatına görə, dünən axşam saatlarında rayonun dağ kəndlərinə güclü yağış yağması nəticəsində rayonun bəzi kəndlərinin ərazisini sel basıb. Təbii fəlakət nəticəsində ən çox Külüs kəndi ziyan çəkib. İnsan tələfatı qeydə alınmasa da, mal-qaraya xeyli ziyan dəyib, bəzi evləri su basıb. Sakinlərin sözlərinə görə, içməli su xətlərinin tam əksəriyyəti yararsız hala düşüb. Həyətyanı sahələrə və bir sıra əkin yerlərinə ziyan dəyib. Qonşu kəndlərdə də əkin sahələrinə ziyan dəydiyi bildirilir.
Hadisə dünən axşam saatlarında baş verib və əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və işçi qüvvəsi gəlib. Hazırda təbii hadisənin nəticələrinin tezliklə aradan qaldırılması məqsədlə əraziyə lazımi texnika və işçi qüvvəsi cəlb olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR