Bank Of Baku

Əsir Samir Məmmədovun valideynləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyində görüş keçiriblər

Əsir Samir Məmmədovun valideynləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyində görüş keçiriblər
# 22 avqust 2007 09:38 (UTC +04:00)
Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən əsgəri Samir Məmmədovun valideynləri bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyində olublar. Bu barədə APA-ya S. Məmmədovun yaxını Xəyyam Məmmədov bildirib. Onun sözlərinə görə, Samirin valideynləri BQXK nümayəndələrinə övladlarına məktub göndərmək istədiklərini bildiriblər: “Komitə nümayəndələri bizə dedilər ki, Samir məktub qəbul etmək istəmir, ona görə də biz onun iradəsinə zidd hərəkət edə bilmərik”.
Əsirin valideynləri bu gün Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında, Ombudsman Aparatında görüşlər keçirəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR