Baş Prokurorluq “Neapol” otelinə məxsus binanın tikintisi zamanı baş verən qəza ilə bağlı açıqlama yayıb
İstintaq zamanı müəyyən edilib ki, həmin ünvanda Abşeron Rayon İcra Hakimiyyətinin 2007-ci il 29 mart tarixli sərəncamı ilə fiziki şəxs Əhmədov Şükür Nazim oğluna ayrılan torpaq sahəsində ikimərtəbəli ticarət obyektinin tikintisinə icazə verilib və sonuncuya həmin sərəncamla obyektinin layihə-smeta sənədlərinin müvafiq aidiyyəti orqanlarla razılaşdırılması, eləcə də tikinti-quraşdırma işlərinin Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılması həvalə edilib. Amma Ş. Əhmədov qanunun tələblərini kobud şəkildə pozaraq ticarət obyektinin işçi layihəsini müvafiq qaydada Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsi ilə razılaşdırılıb rəy almadan, qanunvericiliklə nəzərdə tutulduğu qaydada tikintiyə cəlb etdiyi fəhlələrin sağlam və təhlükəsiz əmək şəraitini təmin etməli olduğu halda, onlarla əmək müqavilələri bağlamadan, texniki təhlükəsizlik qaydalarına dair təlimatlar keçmədən və xüsusi qoruyucu vasitələrlə təchiz etmədən inşaat işlərinə başlayıb. Tikintinin maliyyələşdirilməsi və ona rəhbərlik edilməsi, işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının təmin edilməsi vəzifəsini daşıyan obyektin sahibi Şükür Əhmədov və onun iş icraçısı qismində cəlb etdiyi "Şən" MMC-nin baş mühəndisi Alıyev Şamil Mahmud oğlu tərəfindən mövcud norma və qaydalar kobud şəkildə pozulub, taxta və metal dirəklərin ölçüləri düzgün seçilmədiyi, beton işləri müvafiq texnologiyaya riayət edilmədiyindən birtərəfli aparılaraq dirəklər və sütunlar yükün ağırlığına davam gətirməyib zəncirvari şəkildə aşaraq qəliblər dağılıb, nəticədə iki nəfərin ölümü və bir neçə şəxsin xəsarət alması ilə nəticələnən ağır hadisə baş verib. Araşdırma zamanı Şükür Əhmədovun, eyni zamanda, "Şən" MMC-nin rəsmi olaraq təsisçisi kimi qeydiyyatda olması, "Neapol" otelinin isə həmin cəmiyyətin nəzdində fəaliyyət göstərməsi müəyyən olunub. Törətdiyi əməllərinə görə Şükür Əhmədov və Şamil Alıyevə Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozmağa görə cinayət məsuliyyəti nəzərdə tutan 222.2-ci maddəsi ilə ittiham elan olunaraq, barələrində Abşeron Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. İş üzrə zərərçəkmiş şəxslər, şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-tikinti ekspertizaları təyin edilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. /APA/
Xəbər Lenti
Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şərurda regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
UN-Habitatın icraçı direktoru WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Ceyhun Cəlilov: Su və torpaq resurslarından səmərəli istifadə əsas prioritetlərdəndir
Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib
Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb
Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, Mahaçqalaya eniş edib - YENİLƏNİB
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB
İran XİN sözçüsü İsveçrədə ABŞ-la texniki danışıqların başladığını təsdiqləyib - YENİLƏNİB
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub, açarlar təqdim olunub - YENİLƏNİB-1 - FOTO
Dron hücumu ilə əlaqədar Moskvanın bütün aeroportları müvəqqəti bağlanıb - YENİLƏNİB
Pakistan lideri: ABŞ-İran danışıqları müsbət atmosferdə keçib, ümidverici irəliləyiş əldə edilib
İcra başçısı: Şərurda kənd təsərrüfatının bir çox sahəsində inkişafa nail olunub
Dövlət qulluqçularının peşə bayramı: məsuliyyət, peşəkarlıq və xidmət missiyası
Azərbaycan Müəllim İnkişafı Mərkəzi növbəti Cambridge CELTA kurslarına start verib - FOTO
Sərdar Berdiməhəmmədov Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
İsmayıllıda iki avtomobil toqquşub, bir nəfər ölüb - YENİLƏNİB
Rafail Quliyev: Müasir suvarma texnologiyalarının tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafına güclü təkan verəcək
Elvin Cəfərquliyev “Qarabağ”ın əsas heyətinə qaytarılıb
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib - FOTO
Bu il Naxçıvanda 20 min hektar sahədə payızlıq taxıl əkini aparılacaq
İsDB-in İllik Toplantıları 6 mlrd. ABŞ dolları məbləğində maliyyələşdirmə sazişləri ilə başa çatıb
Naxçıvanda kənd təsərrüfatı sahəsində dövlət dəstəyi ilə kooperativ yaradılacaq
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - YENİLƏNİB
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Starmer: Leyboristlər Partiyasının yeni liderinin seçkiləri iyulun 9-da başlayacaq
İlham Bayramov: Görülən tədbirlər nəticəsində su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır
Gürcüstanda azərbaycanlıların sayı artıb
ADSEA: Naxçıvanın iqlimi su ehtiyatlarından daha səmərəli istifadəni aktual məsələyə çevirir
Sabahın hava proqnozu açıqlanıb
Britaniyanın Baş naziri Starmer istefa verib
Numan Kurtulmuş Azərbaycana səfər edəcək
"Tasnim": İsveçrədə İran-ABŞ danışıqlarında nüvə məsələsi müzakirə edilməyib
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Qardaşıgilə qonaq gedən Bakı sakini 8-ci mərtəbədən yıxılaraq ölüb
Milli Məclisin sədri Əli Xamenei ilə vida mərasimində iştirak edəcək
Bakıda müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb
Kürdəmirdə 43 yaşlı kişi kanalda boğulub
BŞTİ: Bu il 21 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
Bakıda 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib
Dünən keçirilən imtahanların nəticələri 10 gün sonra elan olunacaq
Naxçıvanın aqrar sektoru üzrə göstəricilər açıqlanıb
Nazir: Dövlət Proqramı üzrə tələb olunan investisiya həcmi 5,9 milyard manat qiymətləndirilir
DSMF: Sosial yardımlar iyunun 24-dən gec olmayaraq ödəniləcək
Azad edilmiş ərazilərdə daha 113 mina, 514 PHS aşkarlanıb
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
İran nümayəndə heyəti ABŞ-la 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edib
Səlahiyyətli nümayəndə: Naxçıvan ən əlverişli investisiya və istehsal məkanlarından biri hesab edilə bilər