Bank Of Baku

Üç yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Üç yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb
# 22 avqust 2007 10:42 (UTC +04:00)
Tovuz rayonunun Dondar Quşçu kəndinin sakini Seymur Həsənov dövlət nömrə nişanı olmayan "MTZ" markalı traktoru idarə edərkən həmkəndlisi Cavanşir Əliyevi vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, C.Əliyev xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Ağdaşın Xosrov kəndində Göyçay rayon sakini Zaur Soltanovun idarə etdiyi "VAZ-2106" markalı və Ağdam rayon sakini Elçin Abdullayevin idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşub. Nəticədə Z.Soltanov və onun sərnişini, həmyerlisi Tərlan Salmanov hadisə yerində ölüb.
Zaqatalanın Mosul kəndində, Yengiyan kənd sakini Telman Səfərov sərxoş halda "İJ" markalı dövlət nömrə nişanı olmayan motosikleti idarə edərkən onu aşırıb. Nəticədə T.Səfərov hadisə yerində ölüb. Bütün faktlarla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR