Bank Of Baku

Azərbaycan gömrükçüləri İrandan gətirilən narkotik vasitə tutub

Azərbaycan gömrükçüləri İrandan gətirilən narkotik vasitə tutub
# 22 avqust 2007 13:44 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə şöbəsi Culfa Gömrük İdarəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri keçirib.
Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, tədbirlər nəticəsində İrandan Naxçıvan MR-ya qayıdan Vəliyev Şaban Əhməd oğlunun üzərində gizlədərək keçirmək istədiyi, xalis çəkisi 99,8 qram həşiş və 1,81 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR