Bank Of Baku

Dünən iki piyada yol qəzasında ölüb

Dünən iki piyada yol qəzasında ölüb
# 23 avqust 2007 10:53 (UTC +04:00)
Bakı sakini Fərid İslamovun idarə etdiyi "BMW" markalı avtomaşının Buzovna-Mərdəkan yolunda ağaca çırpılması nəticəsində sürücü və sərnişinləri Elşən Məmmədov, Elvin Bayramov və Tamerlan Sadıqov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilsələr də, T.Sadıqovun həyatını xilas etmək mümkün olmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Səbail rayonundakı 20-ci sahənin ərazisində Sahil qəsəbə sakini Bəxtiyar Quliyev "Mercedes" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Güllü İsrafilovanı və qızı Səidəni vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş Səidə dünyasını dəyişib.
Qaradağ rayonunun Sahil qəsəbəsində Salyan rayon sakini İlham Əsgərov "Azsamand" markalı avtomaşını idarə edərkən Naxçıvan şəhər sakini Vəli Abbasovu vurub. Hadisə nəticəsində V.Abbasov ölüb.
Nizami rayonundakı Babək prospektində Bakı sakini Sarvan Quliyev "VAZ-21099" markalı avtomaşını aşırıb və hadisə yerində ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR