Bank Of Baku

Gələn ildən Azərbaycanda ehtiyac meyarı artırılacaq

Gələn ildən Azərbaycanda ehtiyac meyarı artırılacaq
# 24 avqust 2007 11:22 (UTC +04:00)
Yeni ildən Azərbaycanda ehtiyac meyarının artırılması planlaşdırılır. Hazırda bu istiqamətdə Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumları arasında müzakirələr aparılır. Bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib.
F.Ələkbərovun sözlərinə görə, hazırda Azərbaycanda 70 mindən artıq ailə ünvanlı sosial yardımdan faydalanır və hər bir ailə üçün yardımın məbləği 75 manat, o cümlədən, hər bir fərd üçün 15-16 manat təşkil edir.
Xatırladaq ki, bu ilin iyul ayının 1-dən Azərbaycanda ehtiyac meyarı 35 manatdan 40 manatadək artırılıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR