Bank Of Baku

“Halal” Prodüser Mərkəzində “Misir şahzadəsi” cizgi filmi dublyaj olunub

“Halal” Prodüser Mərkəzində “Misir şahzadəsi” cizgi filmi dublyaj olunub
# 24 avqust 2007 11:57 (UTC +04:00)
“Halal” Prodüser Mərkəzində Hollivudun “Drimvor Pictures”in istehsalı olan “Misir şahzadəsi” cizgi filmi Azərbaycan dilində dublyaj olunub. Bu barədə APA-ya mərkəzin prezidenti Eldar Aslan məlumat verib. Onun sözlərinə görə, animasiya filmi Musa Peyğəmbərin həyatından bəhs edir. Cizgi filmində Səyavuş Aslan Xatibi, Rasim Balayev Xarunu, Roza Tağıyeva Asyanı, Nürəddin Mehdixanlı Fironu, İlham Əsgərov Şüeyb Peyğəmbəri, Elşən Rüstəmov Musa Peyğəmbəri, Səidə Quliyeva Səfurəni, Ələsgər Məmmədov Xoyu səsləndirib. E. Aslan deyib ki, artıq film DVD diskdə işıq üzü görüb. Ramazan ayında isə cizgi filminin telekanallarda nümayiş etdirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR