Bank Of Baku

Bakıda avtomaşın qaçırmış Füzuli sakini yaxalanıb

Bakıda avtomaşın qaçırmış Füzuli sakini yaxalanıb
# 24 avqust 2007 13:02 (UTC +04:00)
Bakının mərkəzində avtomaşın qaçırmış Füzuli rayon sakini yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN-in Baş Mühafizə İdarəsi və Səbayel Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də Neftçilər prospektindən Bakı şəhər sakini Səbuhi Abdullayevə məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış Füzuli rayon sakini Yasin Behbudov tutulub. Onun həmin gün G. Əliyev küçəsində Bakı şəhər sakini İbrahim Məmmədovu avtomaşınla vurduğu müəyyən edilib. İ. Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR